Namik ehtiyatda qaldı, komandası uduzdu

Türkiyə çempionatının 1-ci liqasında IV turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, “Bursaspor” “Altınordu”nun qonağı olub və növbəti yenilgi ilə üzləşib – 1:2. Namik Ələskərov komandasının məğlubiyyətini ehtiyat oyunçular skamyasından izləyib. Aktivində cəmi 1 xal olan “Bursaspor” autsayder mövqeyində qərarlaşıb.