Namik Ələsgərov qol vurdu, komandası məğlub oldu
Türkiyənin “Bursaspor” klubunda çıxış edən Namiq Ələsgərov növbəti qolunu vurub.
Sportline.az xəbər verir ki, millimizin üzvü Türkiyə 1-ci liqasının 12-ci turda “Kocaelispor”la görüşdə fərqlənib.
Səfər matçında start heyətində meydana çıxan Ələsgərov 60-cı dəqiqədə penaltidən hesab arasındakı fərqi azaldıb. Bu, Namiqin mövsümdə 2-ci qoludur. Görüş isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. "Kocaelispor"un ilk qolunu isə sabiq “Qarabağ”lı Dino Ndlovu vurub.
Bu nəticədən sonra "Bursaspor" 14 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, bu gün Türkiyənin “Keçiörengücü” klubunda çıxış edən digər azərbaycanlı futbolçus Vüsal İsgəndərli də qol vurub. O, Türkiyə 1-ci liqasında "Genclerbirliyi”ni 2:0 hesabı ilə məğlub etdikləri matçda fərqlənib.