Namik Ələsgərov start heyətində

Millimizin hücumçusu Namik Ələskərovun formasını geyindiyi "Bursaspor" bu gün Türkiyə 1-ci liqasında növbəti oyuna çıxacaq.

Sportline.az xəbər verir ki, 6-cı turda komanda səfərdə "Tuzlaspor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.

Namik bu görüşə əsas heyətdə çıxacaq.

Qeyd edək ki, Bursa təmsilçisi 5 oyundan 4 xalla turnir cədvəlinin 14-cü pilləsindədir.