Namik Ələsgərovun komandasının rəqibi müəyyənləşdi
Türkiyə Kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor" Super Liqa təmsilçisi "Qaziantep"lə mübarizə aparacaq.
1/16 final mərhələsinin oyunları 28, 29, 30 dekabr tarixlərində keçiriləcək. Bu mərhələ bir matçdan ibarət olacaq və görüş Qaziantepdə baş tutacaq.