Namik qol vurdu, "Bursaspor" qələbə qazandı
Millimizin üzvü Namiq Ələsgərov “Bursaspor”da qol hesabını açıb.
Sportline.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasının 10-cu turunda hazırda “Balıkesirspor”la keçirilən oyunda fərqlənib. Ələsgərov görüşün 29-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Bu, Namiqin “Bursaspor”da rəsmi oyunlarda ilk qoludur.
"Bursaspor"un 2:0 hesabı ilə qalib gəldiyi matçın 88-ci dəqiqəsində millimizin hücumçusu əvəzlənib.
Bu qələbədən sonra Bursa təmsilçisi 11 xalla 10-cu pillədə qərarlaşıb.