Namikin komandası yenə baş məşqçisiz qaldı

Namik Ələskərovun çıxış etdiyi “Bursaspor”da növbəti baş məşqçi istefası reallaşıb.

Sportline.az xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib.

Bu gün Türkiyə 1-ci liqası çərçivəsində “Tuzlaspor”la qarşılaşmada xal itirən Fatih Tekke istefaya göndərilib.

Bu, “Bursaspor”da cari mövsüm ikinci baş məşqçi dəyişikliyidir. Qeyd edək ki, Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu. Bursa təmsilçisi Tekkenin başçılığı altında meydana çıxdığı 4 oyunda cəmi 4 xal toplaya bilib.