Namikin komandasından heç-heçə
Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizn üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” səfərdə “Menemenspor”la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. 26 yaşlı oyunçu start heyətində yer alıb və sonadək oynayıb.
Hazırda "Bursaspor" 19 xalla 19 komanda arasında 17-ci pillədə qərarlaşıb.