Namiq 1 hissə oynadı, komandası uduzdu
Millimizin futbolçusu Namiq Ələsgərovun şərəfini qorudugu "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti oyuna çıxıb.
Sportline.az xəbər verir ki, komanda 7-ci turda doğma meydanda "Ankaragücü" ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.
Namiq də bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.
“Bursaspor” 7 turdan sonra 5 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.