Namiq Ələsgərov "Bursaspor"da bu göstəricidə 2-cidir

Millimizin futbolçusu Namiq Ələsgərov "Bursaspor"da bu mövsüm nəticəyə ən çox töhfə vermiş ikinci oyunçudur.

Sportline.az xəbər verir ki, bu barədə bursaspordabugun.com saytı məlumat yayıb. Bu mövsüm 3 qol ötürməsi verən 26 yaşlı yarımmüdafiəçi təkcə Massimo Brunodan (2 qol, 2 qol ötürməsi) geri qalır.

Qeyd edək ki, N.Ələsgərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.