Namiq Ələsgərovun transfer qiyməti

“Bursaspor”un yay fasiləsində heyətinə cəlb etdiyi futbolçuların transferi qiyməti açıqlanıb.

Sportline.az Bursa klubuna yaxınlığı ilə bilinən bursaspordabugun.com saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Namiq Ələskərovun da dəyəri müəyyənləşib.

TFF I Liqa təmsilçisinin yayda reallaşdırdığı 17 transferdən biri olan Ələskərovun transfer qiyməti 750 min avroya bərabər göstərilib.

Bununla “Neftçi”dən alınan 26 yaşlı oyunçu “timsah”ın transferləri arasında ən bahalı 6-cı oyunçudur.

Namiq Ələskərov “Neftçi”dən 50 min avroya transfer edilib.