Namiq Ələskərovun transferi açıqlandı
"Bursaspor" klubu milinin futbolçusu Namik Ələskərovun transferini açıqlayıb.
Sportline.az xəbər verir ki, I Liqa təmsilçisi bununla bağlı rəsmi tvitter səhifəsində video paylaşıb.
"Neftçi"dən ayrılan 26 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.