Namiqin komandası məyus oldu

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun da çıxış etdiyi  “Bursaspor” Türkiyə 1-ci Liqasında növbəti matçına çıxıb. 

Sportline.az xəbər verir ki, komanda 17-ci turda “Umraniyespor”un qonağı olub. Görüş Namikin komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. 

26 yaşlı hücumçu meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb. 

Qeyd edək ki, bu qələbə ilə “Umraniyespor” 33 xalla liderliyi ələ keçiribsə, “Bursaspor” aktivində 18 xalla 15-ci pillədə qərarlaşıb.