"Napoli" 110 milyon avronu geri çevirdi

PSJ "Napoli"nin forvardı Viktor Osimhenin ovuna çıxıb.

Sportline.az Il Mattino nəşrinə istinadla xəbər verir ki, parislilər nigeriyalı hücumçu üçün neapollulara 110 milyon avro təklif ediblər.

Futbolçunun özünə isə, mövsümə 12 milyon avro təklif olunub.

"Napoli" rəhbərliyinin bu təklifdən razı qalmadığı və yeni təklif gözlədiyi bildirilir. 

Son mövsümdə 39 oyunda meydana çıxan 24 yaşlı forvard 31 qol və 4 məhsuldar ötürmə müəllifidir.