"Napoli" "Çelsi"yə qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, 8-ci - sonuncu turda "Napoli" "Dieqo Armando Maradona" stadionunda "Çelsi" ilə üz-üzə gələcək.

Neapol klubunda Bill Gilmor, David Neres, Vanya Milinkoviç-Saviç, Amir Rahmani, Andre-Frank Zambo Angissa, Kevin De Brüyne və Matteo Politano baş məşqçi Antonio Kontenin sərəncamında olmayacaq.

"Zadəganlar"da isə Levi Kolvill, Tosin Adarabioyo, Kol Palmer, Dario Essuqo və Romeo Lavia zədəlidir.

Qeyd edək ki, "Napoli" - "Çelsi" görüşü bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq. Oyunda söz sahibi fransalı hakim Kleman Turpen olacaq.