“Napoli” ingiltərəli müdafiəçi ilə maraqlanır
“Mançester Yunayted”in ingiltərəli müdafiəçisi Hari Maquayr yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az “The Athletic”ə istinadən xəbər verir ki, “Napoli” 31 yaşlı futbolçu ilə maraqlanır.
İtaliya klubu bu Harri üçün “Mançester Yunayted”ə 18 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, H.Maquayrın İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.