“Napoli” Xviça ilə yola davam edəcək

“Napoli” gürcüstanlı futbolçusu Xviça Kvaratsxheliyaya yeni 2 illik müqavilə təklif edəcək.

Sportline.az “Corriere dello Sport” nəşrinə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Xviçanı heç bir kluba satmayacaq. “Napoli” Xviçanı klubunun ən önəmli fiquru hesab edir.

Kvaratsxheliyanın “Napoli” ilə hazır ki müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 5 qol və 3 asistlə yadda qalıb.

 

Banner