"Napoli"nin qol silahı zədələndi

“Napoli”nin hücumçusu Viktor Osimhen zədələnib.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Futbolçuya əzələnin zədələnməsi diaqnozu qoyulub. Bir həftədən sonra onun vəziyyətinə yenidən baxılacaq. Oyunçu İtaliya çempionatının 28-ci turunun “Milan”la matçı buraxacaq.

Qeyd edək ki, "Napoli" - "Milan" görüşü sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Əlavə edək ki, Osimhen bu mövsüm A Seriyasında 23 matçda 21 qol vurub və 4 qolun ötürməsini verib.

Banner