"Napoli"nin futbolçusu "Əl-Əhli"nin hədəfində

"Əl-Əhli" klubu "Napoli"nin futbolçusu Pyotr Zelinskinin ovuna çıxıb.

Sportline.az məşhur idman jurnalisti Fabrisio Romanoya istinadla xəbər verir ki, tərəflər arasında ilkin danışıqlar olub.

"Əl-Əhli" 29 yaşlı yarımmüdafiəçini tezliklə heyətə qatmaqda israrlıdır.

Qeyd edək ki, Zelinskinin "Napoli" ilə müqaviləsinin müddəti 2024-cü ildə başa çatır.