"Napoli"nin yeni hədəfi

"Napoli" heyəti gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, neapollular bu məqsədlə İngiltərəyə üz tutublar.

İtaliya nəhəngi "Mançester Yunayted"in futbolçusu Skott Maktomineyin xidmətində maraqlıdır.

"Sky Sports"un məlumatına görə, "qırmızı şeytanlar" 27 yaşlı şotlandiyalı üçün 30 milyon avro tələb ediblər.

Qeyd edək ki, Maktomineyin mançesterlilərlə 2025-ci ilədək müqaviləsi var.