Naqelsmannı "yola salan" futbolçular bilindi

“Bavariya”dan istefaya göndərilən Yulian Naqelsmannı klubda istəməyən oyunçular bəlli olub.

Sportline.az "Bild" nəşrinə istinadla xəbər verir ki, qapıçılar Manuel Noyer və Sven Ulrayx, həmçinin komandanın aparıcı futbolçuları Serji Qnabri, Leroy Sane, Camal Musiala, Sadio Mane və Joao Kanselo baş məşqçi ilə yola davam etmək istəməyiblər.

Qeyd edək ki, 35 yaşlı mütəxəssisin qadın jurnalistlə münasibətindən narazı qalan futbolçular, komandadaxili məsələlərin mətbuata sızacağından çəkindiklərini açıqlamışdılar.