Narkotik üzündən futboldan uzaqlaşdırılıb

"Çelsi"nin ukraynalı oyunçusu Mixaylo Mudrik futboldan uzaqlaşdırılıb.

Sportline.az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Mudrikin narkotik istifadə etməsi olub. 23 yaşlı futbolçunun narkotik testi müsbət nəticələnib.

Mudrik bir müddətlik futboldan kənar qalacaq.

Qeyd edək ki, Mixaylonun nə zaman futbola qayıdacağı bəlli deyil.