Naydiç ilk qələbəsini qazandı
Almaniyada "GRENKE Chess Classic" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə iştirakçılar 6-cı tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçisi Arkadi Naydiç Almaniyalı Georq Mayerlə üz-üzə gələcək. İlk 5 turda cəmi 1,5 xal toplayan şahmatçılar, bu dəfə qələbə qazanmağa çalışacaqlar.
Görüşlər Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
06 aprel 2018
"GRENKE Chess Classic"
6-cı tur
Maqnus Karlsen (Norveç) ⚪ – ⚫ Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Nikita Vityuqov (Rusiya) ⚪ – ⚫ Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
Fabiano Karuana (ABŞ) ⚪ – ⚫ Hou Yifan (Çin) - 0,5:0,5
Mattias Blübaum (Almaniya) ⚪ – ⚫ Vişvanatan Anand (Hindistan) - 1:0
Georq Mayer (Almaniya) ⚪ – ⚫ Arkadi Naydiç (Azərbaycan) - 0:1
Turnir cədvəli:
1-3. Fabiano Karuana (ABŞ) - 4
1-3. Maksim Vaşye-Laqrav (Fransa) - 4
1-3. Nikita Vityuqov (Rusiya) - 4
4-5. Maqnus Karlsen (Norveç) - 3,5
4-5. Levon Aronyan (Ermənistan) - 3,5
6. Mattias Blübaum (Almaniya) - 3
7. Arkadi Naydiç (Azərbaycan) - 2,5
8-9. Hou Yifan (Çin) - 2
8-9. Vişvanatan Anand (Hindistan) - 2
10. Georq Mayer (Almaniya) - 1,5