Naxçıvanda "idman həftəsi"nə start verilib

Naxçıvanda "idman həftəsi"nə start verilib.

Sportline.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən "İdman həftəsi" proqramı çərçivəsində ilk tədbir reallaşıb.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyinin muxtar respublika üzrə zona yarışı keçirilib.

İsmayıl Bədəlov (38 kq), Məhəmməd Babayev (40 kq), Elmurad Kərimli (42 kq), Yusif Tağıyev (44 kq), Sadiq Xəlilov (46 kq), Dünyamin Şirəliyev (48 kq), Murad Məmmədli (50 kq), Məhəmməd Qarayev (52 kq), Əli Quliyev (54 kq), Vüsal Eyvazlı (57 kq), Musa Əliyev (60 kq), Nemət Bağırov (63 kq) və Məhəmməd Musatafayev müvafiq çəki dərəcələrində birinci yeri tutublar.

Yarış seçim xarakterli olduğundan qaliblər ölkə birinciliyinin final mərhələsində iştirak hüququ qazanıblar.

Qeyd edək ki, “İdman həftəsi”ndə martın 5-dək daha bir neçə tədbir keçiriləcək, sonuncu gün isə idman ictimaiyyəti ilə görüş çərçivəsində mükafatlandırma olacaq.