Arkadi Naydiç məğlub oldu
Almaniyada "GRENKE Chess Classic" turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 2-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçisi Arkadi Naydiç erməni Levon Aronyanla üz-üzə gələcək. İlk turda yarım xalla kifayətlənən qrossmeysterimiz bu dəfə azarkeşləri sevindirmək niyyətindədir.
01 aprel 2018
GRENKE Chess Classic
2-ci tur
Maqnus Karlsen (Norveç) ⚪ – ⚫ Hou Yifan (Çin) - 1:0
Maksim Vaşye-Laqrav (Fransa) ⚪ – ⚫ Vişvanatan Anand (Hindistan) - 1:0
Levon Aronyan (Ermənistan) ⚪ – ⚫Arkadi Naydiç (Azərbaycan) 1:0
Nikita Vityuqov (Rusiya) ⚪ – ⚫ Georq Mayer (Almaniya) - 1:0
Fabiano Karuana (ABŞ) ⚪ – ⚫ Mattias Blübaum (Almaniya) - 0,5:0,5
Turnir cədvəli:
1. Nikita Vityuqov (Rusiya) - 2
2-4. Maqnus Karlsen (Norveç) - 1,5
2-4. Maksim Vaşye-Laqrav (Fransa) - 1,5
2-4. Levon Aronyan (Ermənistan) - 1,5
5. Fabiano Karuana (ABŞ) - 1
6-10. Arkadi Naydiç (Azərbaycan) - 0,5
6-10. Mattias Blübaum (Almaniya) - 0,5
6-10. Hou Yifan (Çin) - 0,5
6-10. Georq Mayer (Almaniya) - 0,5
6-10. Vişvanatan Anand (Hindistan) - 0,5