Naydiç Karuana ilə bacarmadı

Almaniyada şahmat üzrə "GRENKE Chess Classic" turniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar növbəti gündə 4-cü tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Arkadi Naydiç yarışın favoritlərindən Fabiano Karuana ilə üz-üzə gələcək. 3 oyuna 1 xal toplayan qrossmeysterimiz qələbə qazanacağı təqdirdə F.Karuanaya çatacaq. Amerika şahmatçısı isə qələbə ilə zirvəyə yüksələ bilər.

Günün bütün görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlanacaq:


04 aprel 2018
Şahmat, GRENKE Chess Classic
4-cü tur

Maqnus Karlsen (Norveç) ⚪ – ⚫ Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
Levon Aronyan (Ermənistan) ⚪ – ⚫ Hou Yifan (Çin) - 0,5:0,5
Nikita Vityuqov (Rusiya) ⚪ – ⚫ Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Fabiano Karuana (ABŞ) ⚪ – ⚫ Arkadi Naydiç (Azərbaycan) - 1:0
Mattias Blübaum (Almaniya) ⚪ – ⚫ Georq Mayer (Almaniya) - 0,5:0,5

Turnir cədvəli:

1-3. Fabiano Karuana (ABŞ) - 3
1-3. Maksim Vaşye-Laqrav (Fransa) - 3
1-3. Nikita Vityuqov (Rusiya) - 3
4-5. Maqnus Karlsen (Norveç) - 2,5
4-5. Levon Aronyan (Ermənistan) - 2,5
6-7. Vişvanatan Anand (Hindistan) - 1,5
6-7. Mattias Blübaum (Almaniya) - 1,5
8-10. Arkadi Naydiç (Azərbaycan) - 1
8-10. Georq Mayer (Almaniya) - 1
8-10. Hou Yifan (Çin) - 1