Naydiç 7-ci, Karuana qalib oldu

Almaniyada "GRENKE Chess Classic" turniri yekunlaşıb SportLine.az xəbər verir ki, sonuncu gündə iştirakçılar 9-cu tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.

Azərbaycan təmsilçisi Arkadi Naydiç çinli Hou Yifanla üz-üzə gəlib. Görüş heç-heçə yekunlaşıb.

Beləliklə, aktivində 3,5 xalı olan A.Naydiç turniri 7-ci pillədə bitirib. Qalib isə 6,5 xalla Fabiano Karuana olub.

09 aprel 2018
GRENKE Chess Classic
9-cu tur

Hou Yifan (Çin) ⚪ – ⚫ Arkadi Naydiç (Azərbaycan) - 0,5:0,5
Levon Aronyan (Ermənistan) ⚪ – ⚫ Mattias Blübaum (Almaniya) - 0,5:0,5
Nikita Vityuqov (Rusiya) ⚪ – ⚫ Fabiano Karuana (ABŞ) - 0:1
Vişvanatan Anand (Hindistan) ⚪ – ⚫ Maqnus Karlsen (Norveç) -  0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa) ⚪ – ⚫ Georq Mayer (Almaniya) -  0,5:0,5

Turnir cədvəli:

1. Fabiano Karuana (ABŞ) - 6,5
2. Maqnus Karlsen (Norveç) - 5,5
3-5. Maksim Vaşye-Laqrav (Fransa) - 5
3-5. Nikita Vityuqov (Rusiya) - 5
3-5. Levon Aronyan (Ermənistan) - 5
6. Mattias Blübaum (Almaniya) - 4,5
7-9. Arkadi Naydiç (Azərbaycan) - 3,5
7-9. Vişvanatan Anand (Hindistan) - 3,5
7-9. Hou Yifan (Çin) - 3,5
10. Georq Mayer (Almaniya) - 3