Nazarov bu mövsüm 9-cu qolunu vurdu

Millimizin sabiq üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" Almaniya 3-cü Bundesliqasının 30-cu turunda "Oldenburq"u qəbul edib.

Sportline.az xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. D.Nazarov start heyətdə meydana daxil olub və 83-cü dəqiqədə əvəzlənib Yeganə qolu 80-ci dəqiqədən penaltidən Nazarov vurub. Bu, onun cari mövsüm 3-cü liqada vurduğu 9-cu qol olub (27 oyuna). 32 yaşlı hücumçu 32-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Erzgebirge" hazırda 39 xalla 20 komanda 11-ci pillədə qərarlaşıb.