Nazarov oynadı, komandası qalib gəldi
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Kayzerslautern" kollektivi olub.
Matçın taleyini bir qol həll edib. Mario Kveşiç Aue təmsilçisinə 3 xal qazandırıb.
D.Nazarov start heytində oyuna başlayıb və 90 dəqiqə meydanda olub.
Bu nəticədən sonra "Ertsqebirge Aue" 39 xalla 13-cüdür.