Nazarov oynadı, komandası uduzdu
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Ştutqart" kollektivi olub.
Qarşılaşma Aue təmsilçisinin məğlubiyyəti ilə nəticələnib - 0:3.
D.Nazarov meydana start heyətində daxil olub və 84 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, “Ertsqebirge Aue” 36 xalla 18 komanda arasında 15-ci yerdədir.