Nazarovun komandası məğlubiyyətlə başladı
Almaniya II Bundesliqasında yeni mövsümün 2-ci turunun görüşləri oynanılır.
Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" ilk matçını doğma meydanda keçirib (Komandanın ilk turdakı oyunu təxirə salınıb). Rəqib "Düsseldorf" kollektivi olub.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, D.Nazarov start heyətində meydana daxil olub və 90 dəqiqə mübarizə aparıb. Futbolçu 44-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.