Nazim Süleymanov heç-heçə ilə başladı

Rusiyanın 2-ci liqasında mövsümün ikinci mərhələsində mübarizə başlayıb.

Sportline.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi "Ximki"nin gənclərdən ibarət komandası da növbəti oyununa çıxıb.

"Saxalin"lə matç həmyerlimizin "Ximki"nin gənclər komandasında rəsmi debütü ilə əlamətdar olub. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Mövsümün əsas mərhələsini iddialılar sırasında başa vura bilməyən "Ximki" mübarizəni ikinci "6-lıq" komandaları arasında yarışda davam etdirir. Süleymanovun komandası ilk mərhələdə şəxsi görüşlərdə əldə olunan xallar hesabına hazırda turnir cədvəlinə başçılıq edir. "Ximki" 11 oyunda 21 xal toplayıb və ən yaxın izləyicisini 2 xal qabaqlqyır.

Həmyerlimizin komandası növbəti oyununu aprelin 8-də evdə ən yaxın izləyicisi "Stroqino"ya qarşı keçirəcək.