Nazim Süleymanov üçün 1 xal

Rusiyanın 2-ci liqasında 24-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, azərbaycanlı mütəxəssis Nazim Süleymanovun baş məşqçisi olduğu "Ximki"nin əvəzedici komandası bu tur Moskva təmsilçisi "Stroqino" ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

"Ximki-2" Nazim Süleymanovun bu komandada debüt matçı olan 23-cü turda "Saxalin"lə də heç-heçə (1:1) etmişdi.

 Qeyd edək ki,  "Ximki"nin əvəzedici komandası mübarizəni ikinci "6-lıq" komandaları arasındakı yarışda davam etdirir. Hazırda Süleymanovun çalışdırdığı kollektiv turnir cədvəlinə başçılıq edir. "Ximki" 12 oyunda 22 xal toplayıb və ən yaxın izləyicisi "Stroqino"nu 2 xal qabaqlayır.

Banner