Nazim Süleymanovun klubunda gözlənilən hadisə
Rusiyanın "Ximki" komandasının baş məşqçisi Spartak Qoqniyev istefa verib.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 42 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrııb.
Onu müvəqqəti olaraq Rinat Bilaləddinov əvəzləyib.
Çempionatın son turunda "Krasnodar"a 0-6 hesabı ilə uduzan "Ximki" 13 xalla 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, sahibi azərbaycanlı iş adamı Tufan Sadıqov olan klubun əvəzedici komandasına Nazim Süleymanov rəhbərlik edir.