NBA-da mövsümün ən yaxşı 5-liyi açıqlanıb

NBA-da mövsümün ən yaxşı heyəti bilinib.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, 2023-2024-cü il mövsümünün ən yaxşı 5-liyi idman yazarları və yayımçılarının iştirak etdiyi səsvermə nəticəsində müəyyənləşib.

Mövsümün rəmzi heyəti aşağıdakı kimidir:

Nikola Yokiç ("Denver Naqets")

Qildjes-Aleksander ("Oklahoma Siti Tander")

Luka Donciç ("Dallas Mevriks")

Yannis Adetokumbo ("Miluoki Baks")

Ceyson Teytum ("Boston Seltiks")

Qeyd edək ki, Donciç ardıcıl 5-ci, Adetokumbo ardıcıl 6-cı, Teytum isə ardıcıl 7-ci dəfə mövsümün ən yaxşı heyətinə seçilib.