Nəbiyevin komandasından heç-heçə

Çexiya 2-ci divizionunda 26-cı turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) doğma meydanda "Opava" ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Fərid Nəbiyev bu görüşdə iştirak etməyib. Onun adı oyununun iştirak ərizəsinə daxil edilməyib.

"Viktoriya" hazırda 14 xalla 16 komanda arasında turnir cədvəlində sonuncu - 16-cı pillədə qərarlaşıb.