"Neftçi" açıq məşq keçirəcək
Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi” ilə "Qarabağ"ın görüşü böyük maraqla gözlənilir.
Sportline.az xəbər verir ki, mərkəzi oyun fevralın 27-si saat 20:00-da “Azersun Arena”da keçiriləcək.
"Neftçi" oyun ərəfəsində KİV üçün anons edib.
Bildirilib ki, hazırlıq çərçivəsində fevralın 24-ü saat 10:30-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.