"Neftçi" hazırlıqlara başladı
"Neftçi” Azərbaycan Premyer Liqasının II turunun hazırlığına başlayıb. SportLine.az xəbər verir ki, “ağ-qaralar” II tur çərçivəsində "Səbail” klubu ilə keçiriləcək oyunun hazırlığına start verib.
Komanda İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında məşq edib.
Qeyd edək ki, “Səbail” – “Neftçi” oyunu avqustun 19-da keçiriləcək.