"Neftçi"dən qələbə, "Sabah" - "Sumqayıt" matçında 2 qol

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.

Sportline.az  xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Sumqayıt" "Sabah"ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün son qarşılaşmasına lider "Neftçi" "Keşlə"ni qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 19-cu tura sabah yekun vurulacaq.

8 mart (bazar ertəsi)

18:15. “Neftçi” – “Keşlə” - 3:1
Qollar: Namiq Ələsgərov, 6 (1:0),  Ömər Buludov, 19 (2:0), Namiq Ələsgərov, 64-pen (3:0), Azər Salahlı, 82 (3:1)
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
“ASK Arena”
 

16:00. “Sabah” – “Sumqayıt” - 1:1
Qollar: Təmkin Xəlilzadə, 34 (1:0), Camaləddin Xocaniyazov, 70 (1:1) 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
“Bank Respublika Arena”

9 mart (çərşənbə axşamı)

15:00.“Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu

17:15. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu