"Neftçi" Korrea ilə müqavilə imzaladı

"Neftçi" klubu yeni futbolçu transfer edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Xorxe Korrea ilə müqavilə bağlanılıb.

Argentinalı hücumameylli yarımmüdafiəçi yeni komandasında 7 nömrəli formanı geyinəcək. 27 yaşlı oyunçunun son klubu Portuqaliya "Maritimu"su olub.