"Neftçi" onunla yolları ayırdı

“Neftçi” müdafiəçi Romen Baskla yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Klub fransız futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, bu ilin yayında “Neftçi”yə transfer olunmuş Bask 12 oyunda ağ-qara formanı geyinib.