"Neftçi" - "Qarabağ" görüşünün hakimi açıqlandı

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, çempionluğun taleyini həll edəcək "Neftçi" - "Qarabağ" görüşü FİFA referisi Elçin Məsiyevə tapşırılıb.

19 may (çərşənbə)

18:00.“Səbail” – “Sumqayıt”
Hakimlər:
 Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“ASCO Arena”

18:00.“Sabah” –“ Zirə”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Bank Respublika Arena”

18:00.“Keşlə” – “Qəbələ”
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
“ASK Arena”

20:30.“Neftçi” – “Qarabağ”
Hakimlər
: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
“Dalğa Arena”