"Neftçi" "Qəbələ" ilə bacarmadı
"Neftçi" bu gün milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanaraq "Qəbələ" ilə yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, matç Bakı klubunun təlim-məşq bazasının stadionunda olub. Görüş "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Neftçi" 27 turdan sonra 56 xalla 3-cü, "Qəbələ" 36 xalla 5-ci pillədə qərarlaşıb.
Yoxlama oyunu
"Neftçi" - "Qəbələ" - 1:2
Qollar: Vato Arveladze, 73-pen. - Ramon Maçado 37, Omar Hani 64