"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Neftçi" Misli Premyer Liqasının 19-cu turunun “Qəbələ” ilə oyununa hazırlığını yekunlaşdırıb.
Sportline.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Paytaxt təmsilçisi bu görüşdə cəzalı İqor Ribeyro və Freddi Varqasın xidmətindən məhrum olacaq.
Qeyd edək ki, fevralın 10-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 19:00-da başlanacaq.