"Neftçi"dən imtina edən futbolçunun yeni klubu
“Neftçi”nin transfer etmək istədiyi Nikita Rukavitsa karyerasını İsraildə davam etdirəcək.
Sportline.az xəbər verir ki, son olaraq “Makkabi”(Hayfa) klubunda oynayan təcrübəli hücumçu “Neftçi”yə keçidə yaxın idi. Amma sonda paytaxt klubuna keçməkdən imtina edən Avstraliya millisinin üzvü İsrail yüksək liqasında yarışan “Hapoel Beer-Şava” klubu ilə anlaşıb.
“Neftçi”də oynamaqdan imtina edən 34 yaşlı hücumçu israillilərlə 2 illik müqaviləyə imza atıb.