"Neftçi"nin futbolçusu millidə

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinə dəvət olunub.

Sportline.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi noyabrın 12-də Qvineya Bissau, noyabrın 16-da isə Mərakeş yığmaları ilə keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunlarına çağırılıb.

Qeyd edək ki, müqavilə ilə "Olimpiakos"a məxsus olan Mamadu Kane Bakı klubunda icarə əsasında çıxış edir.