"Neftçi"nin futbolçusu millidə oyuna çıxdı
DÇ-2022-nin seçmə mərhələsində Qvineya millisi Sudan seçməsi ilə üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, bu görüşdə "Neftçi"nin qvineyalı futbolçusu Mamadu Kane də meydana çıxıb.
Kane 1:1 hesabı ilə başa çatan oyunda 90 dəqiqə ərzində meydanda olub.
Qeyd edək ki, hazırda Qvineya millisi 2 xalla 3-cü yerdə qərarlaşıb.