"Neftçi"nin sabiq futbolçusu "Zirə"də

“Zirə” klubu "Neftçi"nin sabiq futbolçusu Yusuf Lavalı transfer edib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı vingerlə "2+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, 2020-2022-ci illərdə "Neftçi"nin formasını geyinmiş 26 yaşlı futbolçu Belçikanın “Lokeren”, Portuqaliyanın “Aroka” klublarında da çıxış edib.