"Neftçi"nin legioneri millidə

“Neftçi”nin futbolçusu Mamadu Kane növbəti dəfə Qvineya millisinə çağırılıb.

Sportline.az xəbər verir ki,  DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək üç oyun üçün 24 yaşlı yarımmüdafiəçiyə də dəvət göndərilib.
 
Qeyd edək ki, Qvineya millisi oktyabrın 6-da və 9-da Sudanla, ayın 12-də Mərakeşlə qarşılaşacaq.