"Neftçi"nin legionerindən məğlubiyyət şərhi

“Neftçi”nin qapıçısı İvan Brkiç “Zirə” ilə kubok görüşü ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, xorvatiyalı futbolçu “İnstagram” səhifəsində yarımfinal mərhələsindəki məğlubiyyəti qəbul etməyin çətin olduğunu yazıb:

“Bunu qəbul etmək çətindir. Amma biz ən yaxşısını etməyə çalışdıq. Sadəcə, bu dəfə şans bizim tərəfimizdə deyildi”.

Xatırladaq ki, yarımfinalın hər iki görüşündə “Zirə” ilə qolsuz heç-heçə edən “Neftçi” penaltilər seriyasında uduzaraq (2:4), kubokla vidalaşıb.