"Neftçi"nin legionerləri zədələndilər

"Neftçi" klubunun iki futbolçusu "Qəbələ"yə qarşı keçirilən yoldaşlıq matçında zədələnib.

Sportline.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində Xorxe Korrea və Yusuf Laval görüşü davam etdirə bilməyib.

Agentinalı yeni transfer 15-ci, nigeriyalı yarımmüdafiəçi isə 33-cü dəqiqədə sıradan çıxıb. Korreanı Ramon Maçado, Lavalı isə Fəhmin Muradbəyli əvəzləyib.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab "Neftçi"nin xeyrinədir - 1:0. Yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Tiaqo Bezerra vurub.